Valyuta dəyişənlər cərimələndi
DİN məlumat yaydı.
Valyuta tənzimi qaydasını pozduqlarına görə Bakı şəhər sakini Vüqar Rzayev və Lənkəran şəhər sakini Hadı İbrahimov barəsində protokol tərtib olunub.
Bu barədə Oxu.Az-a Azərbaycan DİN-nin mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, Lənkəranın polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar Rzayev və Lənkəran şəhər sakini Hadı İbrahimov valyuta tənzimi qaydasını pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib olunub.
Mənbə:> Oxu.Az