Süni qiymət artımına yol verən 6 nəfərə cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Süni qiymət artımına yol verən 6 nəfərə cinayət işi açıldı

Süni qiymət artımına yol verən 6 nəfərə cinayət işi açıldı


Bu günə süni qiymət artımına yol verən şəxslər barəsində 6 cinayət işi başlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bundan başqa, süni qiymət artımına yol verən 7 nəfər vəzifəli şəxs, həmçinin gizli süni qiymət artımına yol verən, məsələn 300 qramlıq çörəyi 500 qram kimi göstərən şəxslərə qarşı tədbirlər görülür.

“Biz bu sahədə ölkə rəhbərliyi tərəfindən üzərimizə qoyulmuş tapşırıqları müvafiq dövlət orqanları ilə birgə həyata keçirəcəyik. Bu işi davam etdirməyi planlaşdırırıq, o vaxta qədər ki, bu sahədə məsuliyyətini dərk edən şəxslər qanunsuz hərəkətlərini dayandırsınlar”, - deyə o bildirib.

Kamran Əliyev manatın devalvasiyasının dünyada gedən iqtisadi proseslərlə bağlı və təbii proses olduğunu da qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *