Türkiyədə dollar bahalaşdı
İnkişaf Etməkdə Olan (İEO) olan ölkələrin milli valyutalarının dollar qarşısında dəyər itirməsinin təsiri ilə dolar/TL, 3,0465-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu bu barədə Türkiyənin Anadolu agentliyi yazıb.
“Çin bazarlarında müşahidə edilən sərt dalğalanma ən çox İnkişaf Etməkdə Olan ölkələr üzərində təzyiq yaradır. Belə ki, Cənubi Afrika randı dollara qarşı kəskin dəyər itirib.
Dollar son bir həftədə İEO ölkələrinin mili valyutaları nisbətdə kəskin bahalaşıb. Belə ki, son bir həftədə Cənubi Afrika randı dollara qarşı 8%, Rus rublu 4%, Meksika pesosu 3,5%, Cənubi Koreya vonu 1,8%, Türk lirəsi 1,7% ucuzlaşıb.
Günə 3,0377- dən başlayan və Asiya bazarlarında 3,0465-ə qədər yüksələn dolar/Tl, bu dəqiqələrdə 3,0380 səviyyələrində qərarlaşıb”, - deyə Anadolu qeyd edib.
Mənbə:> Oxu.Az