“Unibank”: İşçilərimizin sayının azaldılmasını son addım olaraq görmək istərdik » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Unibank”: İşçilərimizin sayının azaldılmasını son addım olaraq görmək istərdik

“Unibank”: İşçilərimizin sayının azaldılmasını son addım olaraq görmək istərdik

“Biz hazırda optimallaşdırma siyasəti aparırıq”.

Kreditləşmənin həcmi aşağı düşdüyü zaman, təbii ki, bankların filiallarının sayı da azalmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə "APA-Economics"ə açıqlamasında "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F. Hüseynovun sözlərinə görə, bank artıq bir neçə filialını bağlayıb:

"Sürətli inkişaf dövrünün başlanğıcı olan 2006-2007-ci illərdən etibarən biz də digər banklar kimi hər 1-2 kilometrdən bir filial açırdıq.

Amma bazar onu göstərdi ki, bu, o qədər də səmərəli addım deyildi. Bu səbəbdən biz hazırda optimallaşdırma siyasəti aparırıq.

Sadəcə biz çalışırdıq ki, müştərilərimizə həddindən artıq yaxın olaq. Amma indi görünür ki, bu qədər filial lazım deyil. Kreditləşmənin həcmi aşağı düşdüyü zaman, təbii ki, bankların filiallarının sayı da azalmalıdır. Filialların sayı azalanda bəllidir ki, işçilərin də sayı müəyyən qədər azalacaq.

Amma işçilərin sayını azaltmaq məsələsində sosial məsuliyyət var. İşçilərin sayının azaldılmasını son addım olaraq görmək istərdim. İşçilərin sayının azaldılmasındansa, başqa xərcləri, məsrəfləri azaltmaq, müəyyən qədər maaşların səviyyəsini korreksiya etmək lazımdır. Son ana qədər iş yerlərinin qorunmasına çalışmaq lazımdır".

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *