Ətin qiyməti ilə bağlı AÇIQLAMA » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ətin qiyməti ilə bağlı AÇIQLAMA

Ətin qiyməti ilə bağlı AÇIQLAMA


Mətbuatda ətin qiymətinin 2 manatadək artımı ilə bağlı yazılan informasiyalar həqiqəti əks etdirmir. Ətin qiymətində hər-hansı dəyişiklik yoxdur.

Bu barədə Oxu.Az-a açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarında ət istehlakçılara 5 manat 50 qəpik -6 manat arasında təklif edilir.

A.Əliyev Azərbaycanda üzən məzənnə rejiminə keçdikdən sonra, süni qiymət artımının qarşısını almaq məqsədilə istehlak bazarına nəzarətin gücləndiyini qeyd edib:

“Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarəti daha da gücləndirib. Məqsəd odur ki, manatın məzənnəsinin ucuzlaşmasından kimsə sui-istifadə etməsin”, - deyə nazirliyin rəsmisi əlavə edib.

O həmçinin bildirib ki, bu günə qədər belə bir hal aşkarlanmayıb:

“Süni qiymət artımı ilə bağlı hər-hansı hal olarsa, bu halda ictimaiyyət məlumatlandırılacaq”, - deyə o bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *