Azərbaycanda getmə turizmində qiymətlər bahalaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda getmə turizmində qiymətlər bahalaşacaq

Azərbaycanda getmə turizmində qiymətlər bahalaşacaq


Azərbaycanda üzən məzənnə rejiminə keçid gəlmə turizm üçün xeyirdir, getmə turizmi üçün isə ziyanlıdır.

Oxu.Az-a bu sözləri Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Azərbaycanda üzən məzənnə siyasətinə keçidin turizm bazarına təsirindən danışarkən qeyd edib.

“Məzənnə dəyişdiyi üçün getmə turizmində qiymətlər istər-istəməz artacaq. Məsələn, bir müştəri oteli xaricdən 100 dollara sifariş edibsə, istər-istəməz yerli şirkətdə bu məbləği dollarla ödəməlidir. Əgər bu gün Azərbaycanda dollar bahalaşıbsa, qiymət də buna müvafiq artacaq”.

Bağırov onu da qeyd edib ki, bu, qiymət artımı deyil, valyutaya uyğun dəyişiklikdir.

N.Bağırov onu da bildirib ki, bu getmə turizmi üçün ziyanlı olsa da, gəlmə turizm üçün əlverişlidir:

“Bu gün gəlmə turizmi üçün əlverişli şərait yaranıb. Bütün turizm şirkətləri bundan yararlanmalıdır. Yəni, xarici vətəndaş Azərbaycana gələndə məsələn, 100 dolları xırdalayanda 105 manat alırdısa, bu gün o 150 manat olacaq.

Eyni qaydada otellərin qiyməti də. Otelin qiyməti 100 manat idisə, buna görə 100 dollar ödəyirdi. İndi xaricdən gələnlər üçün 100 manat 60 dollar olacaq. Sözsüz ki, bu da Azərbaycanda turistlər üçün əlverişli şərait yaradır”, - deyə, assosiasiyanın idarə heyətinin sədri deyib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *