Təcili: Bakı mağazalarında satış dayandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Təcili: Bakı mağazalarında satış dayandı – FOTO

Təcili: Bakı mağazalarında satış dayandı


Bu gün paytaxt Bakının bir çox iri alış-veriş mərkəzlərində, dükanlarda satış dayanıb. Səbəb manatın üzən məzənnə siyasətinə keçidinin elan olunmasıdır.

Virtualaz.org saytının hazırda paytaxtın iri ticarət mərkəzlərində olan reportyorları xəbər verir ki, iri alış-veriş mərkəzlərinin bağlı qapılarının üstünə “Satış yoxdur. Mağazalar saat 13-dən sonra işləyəcək” məzmunlu elanlar asılıb.

Ticarət mərkəzlərinin əməkdaşları buna dolların bugünkü bahalaşmasının səbəb olduğunu, satışın bir çox malların qiymətlərinin yeni kursa uyğun yenidən müəyyənləşdirilməsi səbəbi ilə dayandırıldığını bildiriblər.

Müxbirlərimiz xəbər verir ki, satıəşı dayandıran mağaza və şirkətlər arasında “İrshad Telecom”, “Bakcell”, “Azercell”, “Music Gallery”, “Baku Electronics” və digərləri var.

Qeyd edək ki, Mərkəzi Bank bu gün manatın üzənnə məzənnə siyasətini keçidini elan edib. Nəticədə dollar bir gündə 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb.

Bəzi dükanlarda isə elektronika malları artıq kəskin bahalaşıb və yeni qiymətə satılır. Məsələn, dükanlardan biri dünənə qədər 400 manata olan "Samsung" markalı telefonu virtualaz.org saytının müxbirinə 485 manata təklif edib.

Əlavə məlumatlar olacaq. Xəbər yenilənir.

Təcili: Bakı mağazalarında satış dayandı
Təcili: Bakı mağazalarında satış dayandı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *