ABŞ-ın qərarı neftin qiymətini kəskin ucuzlaşdırdı
ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini açıqlamasından sonra dünyada neftin qiymətləri 5%-dən çox ucuzlaşmağa başlayıb.
Oxu.Az xəbər verir ki, Brent markalı neftin qiyməti 3,33% - bir barelə görə 37,44 dollaradək ucuzlaşıb.
WTI markalı neftin yanvar fyuçerslərinin qiymətləri 4,48% - 35,68 dollaradək-dək ucuzlaşıb; bundan əvvəl onun qiyməti 5%-dən çox – 35,30 dollaradək ucuzlaşmışdı.
Xatırladaq ki, dekabrın 16-da ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb.
Mənbə:> Oxu.Az