Rusiyanı gözləyən fəlakət » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Rusiyanı gözləyən fəlakət – FOTO

Rusiyanı gözləyən fəlakət


Əgər neftin qiyməti barrel üzrə 30 dollardan aşağı düşərsə, Rusiya valyutasının məzənnəsi dollar qarşılığında 168 rubla qədər düşər.

ANS PRESS-in məlumatına görə, bu proqnoz Amerikanın “Bank of America Merrill Lynch” (BofA) investisiya bankı tərəfindən verilib.

Proqnozda bildirilir ki, neftin qiyməti həmin səviyyəyə düşəndə büdcə kəsirinin ümumi daxili məhsulun (ÜDM) 3 faizinə bərabər olması üçün 1 dollar 105-120 rubl arasında dəyişməlidir. Büdcənin kəsirsiz olması üçün isə dollar ən azı 168 rubla bərabər olmalıdır.

Son bir neçə ildə Brent markalı qiymətinin dəyişməsi (dollar/barrel)

Rusiyanı gözləyən fəlakət


BofA analitiklərini fikrincə, pessimist ssenariyə görə, neftin barrel üzrə 35 dollara bərabər olduğu şəraitdə dollar ən azı 94 rubl olmalıdır. “Bank of America Merrill Lynch” hesab edir ki, Rusiya mərkəzi bankı büdcə kəsiri risklərindən qaçmaq üçün milli valyutanı mütləq ujuzlaşdırmalıdır.

BofA-nın Rusiya və MDB ölkələri üzrə iqtisadçısı Vladimir Osakovski bildirib ki, ən inandırıcı variant barrelin qiymətinin 50 dollar ətrafında olmasıdır. Belə olan şəraitdə 1 dolların qiyməti 65 rublun ətrafında dəyişir. Belə olan şəraitdə hakimiyyət ÜDM-in 3%-inə bərabər büdcə kəsiri təmin edə bilər.

Amma rus mətbuatının yazdığına görə, Rusiya hakimiyyəti neftin bahalaşmasına o qədər də ümid etmir. Halbuki, 2015-ci ildə Rusiya hakimiyyəti neftin dekabrda barrel üzrə 70 dollara qədər bahalaşacağına ümid edirdi. Amma hadisələr göstərir ki, neft əksinə ucuzlaşdı və artıq barrelin qiyməti 40 dollardan aşağıdır.

Rusiya mətbuatının yazdığına görə, Rusiya əhalisi də artıq belə xəbərləri laqeydliklə qarşılayır. Ruslar ucuzlaşan rubl şəraitində yaşamağa alışıblar. Halbuki, ucuzlaşan rubl şəraitində sabit qalan maaşlar əhalinin dolanışığını pisləşdirir.

Rublun ucuzlaşmasının Azərbaycana da ciddi təsir edəcəyi, ölkəyə daxil olan pul baratlarının 40 faizə qədər azaldacağı barədə fikirlər də var. Amma məsələ bundadır ki, Rusiydan gələn pulların azalması Azərbaycanın biznes həyatına elə də ciddi təsir göstərimir.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub.

Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$
Rusiyanı gözləyən fəlakət


Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 30,12 milyard manat olub. Göründüyü kimi, bu ilin ilk doqquz ayında xaricdən pul köçürmələri əhalinin ümumi gəlirlərinin yalnız 2,8% faizini təşkil edib. Bu, demək olar ki, çox aşağı göstəricidir. Bəzi MDB ölkələrində bu göstərici 40%-ə qədər çatır. Ona görə də azərbaycanlıların narahatlığına heç bir əsas yoxdur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 16 dekabr 2015 12:52
  • Yazan: baobao
The shape, the smoothness, the beautiful 2015 Replica Handbags, and its functionality – all these things contribute to the popularity of these Rolex Replicas. However, the price can be really high and when you decide to buy one of those babies, you will have to make sure that you are making the right decision. You don’t want to spend thousands of dollars on a UK Replica Handbags that doesn’t fit your figure.

At first, we are all intrigued by fake Rolex Watches, so intrigued that we’re actually considering buying this type of product. We are tempted by its beautiful appearance and by the idea that we could look more stylish with a 2015 Replica Handbags on our arm, even if it is just a Rolex Replicas. The truth is that a fake purse isn’t as great as it may seem. It has numerous downsides and if you make the UK Replica Handbags mistake of buying a knockoff you may end up regretting this decision.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *