AİB Azərbaycan üzrə 3 illik biznes planı təsdiqlədi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

AİB Azərbaycan üzrə 3 illik biznes planı təsdiqlədi

AİB Azərbaycan üzrə 3 illik biznes planı təsdiqlədi


Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2016-2018-ci illəri əhatə edən Ölkə üzrə Əməliyyatlar Biznes Planını təsdiq edib.

AzNews.infoxəbər verir ki, AİB-dən "APA-Economics"ə verilən məlumata görə, Biznes Planın prioritetləri bankın 2014-2018-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının prioritetləri və iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsini, qeyri-neft ÜDM-nin sürətli artımına nail olunmasını nəzərdə tutan Azərbaycan hökumətinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılıb.

AİB nəqliyyat, enerji, su və şəhər infrastrukturu, xidmət sektorunun inkişafı sahələrini prioritet sahələr kimi seçib. Bank məsləhətləşmələr və texniki yardımlar vasitəsilə digər sektorlarda da hökumətlə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Biznes Planda nəzərdə tutulan layihələrin həyata keçirilməsi üçün 2016-2018-ci illər arasında 1,1 mlrd. ABŞ dolları həcmində kreditlərin və 3,8 mln. ABŞ dolları həcmində texniki yardımlar üçün qrantların ayrılması tələb olunur.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *