Bakıda "ITALIA FOR CONTRACT" şəbəkəsinin təqdimatı olacaq
Dekabrın 1-də Bakıda italyan keyfiyyəti və dizaynını təbliğ edən italyan şirkətləri şəbəkəsinin rəsmi təqdimatı olacaq. Təqdimat mərasimi Heydər Əliyev Mərkəzində keçiriləcək.
"Italia for contract" şəbəkəsinə "Crassevig", "Frag", "Kenius", "Molaro", "Moroso", "Neod" və "Pratic" italyan şirkətləri daxildir.
Mebeldən beton konstruksiyayadək, pəncərə sistemlərindən örtüklərədək "ITALIA FOR CONTRACT" şəbəkəsinin hər bir şirkəti, müxtəlif sektorlar üzrə yüksək təcrübəyə malik dizayn və keyfiyyəti nümayiş etdirirlər.
Tədbir "Yüksək dizayn və italyan brendlərinin sirləri" adlı mövzusunu dəyirmi masa arxasında müzakirə edərək əsl italyan keyfiyyəti ilə yaxından tanış olmaq imkanını yaradacaq.
"Italia for contract" şəbəkəsi ilə uzun illər boyu əməkdaşlıq etmiş memar və dizaynerlər, ən uğurlu layihələrinin pərdə arxası sirli məqamlarını seminar zamanı ortaya çıxaracaqlar.
Əlavə məlumat və tədbirə dəvətnamə əldə etmək üçün (012)4971793, (012) 4974843, (051)5853315 nömrələri ilə əlaqə saxlaya bilərsiz.
Mənbə:> AzNews.info