Azərbaycanda mazutun qiyməti 3 dəfə ucuzlaşdı
Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında soba mazutunun topdansatış qiymətinə baxılıb.
Tarif (qiymət) Şurasının Katibliyindən Oxu.Az-a verilən məlumata görə, mazutun 1 tonunun topdansatış qiyməti 300 manatdan 100 manata endirilib.
Yeni tarif 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.
Mənbə:> Oxu.Az