Avtomobil idxalı yarıbayarı azaldı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Avto

Avtomobil idxalı yarıbayarı azaldı

Avtomobil idxalı yarıbayarı azaldı


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 24 219 ədəd avtomobil idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 867 avtomobil və 46,4% azdır.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) son açıqladığı hesabatda bildirilib.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 757 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 21 497 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 750 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 215 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Qeyd edək ki, ötən ilin anoloji dövründə ölkəyə 52 086 ədəd avtomobil gətirilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *