Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq » AzNews.info -Xəbər portalı

Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq – FOTO

Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq


Moskva şəhərində Metal Expo-2015 sərgisi keçirilib.

Oxu.Az xəbər verir ki, sərgidə Rusiya, Almaniya, İtaliya və ÇXR-nın 560-dan çox qara və əlvan metal istehsalçıları öz məhsullarını nümayiş etdirirdi. Tikinti, maşınqayırma sənayesi, nəqliyyat, metallurgiya, mühəndislik, metal treyderləri və s. sektorlardan 25-30 min nəfər sərgini ziyarət edirdi.

Detal şirkəti sərgidə stend açaraq aluminium yarımfabrikat məhsullarını nümayiş etdirib. Sərgi işirakçılarına Detalın istehsal imkanları və məhsul çeşidləri haqqında ətraflı məlumatlar təqdim olunub.

Tədbir çərçivəsində alüminum istehsalçıları, təchizatçıları və istehlakçılarının görüşü keçirilib. Rusiya və MDB Metal Sənayeləri Arasında Korporativ Kommunikasiya-2015 adlı konfrans baş tutub. Metallurgiya sənayesi üçün mütərəqqi materiallar, texnologiya və avadanlıqlar haqqında və s. dinləmələr keçirilib.

Detal Alüminum şirkəti ilə Rusiyanın Alfa–Metal şirkəti arasında Moskva şəhərində 3 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Detal şirkəti Rusiya bazarına 30 min ton metalyayma məhsulu ixrac edəcək. Məhsullar əsasən boyalı alüminum rulon və lövhələrdən ibarət olacaq. İndiki qiymətlər səviyyəsində bu müqavilənin dəyəri 70 milyon dollar məbləğindədir. Lakin əmtəə birjalarında metal qiymətləri artarsa müvafiq olaraq müqavilənin dəyəri də artacaq.

Detal şirkəti Rusiya bazarı ilə yanaşı İtaliya, Türkiyə, Belarusiya, İsveçrə kimi ölkələrə də aluminium rulon və lövhələr ixrac etməkdədir. Hazırda Avropanın digər ölkələrində, İranda və Ərəb ölkələrində satış nümyəndəlikləri təsis edilir.

Detalın aylıq istehsal gücü 4,5 min ton ilkin alüminumdur ki, hazırda bunun min tonunu rulon və lövhə şəklində emal edərək satır. Məqsəd istehsalın tamamını əlavə dəyərli məhsullara çevirərək daha yüksək qiymətə ixrac etməkdir.

Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq
Azərbaycanın alüminium şirkəti öz məhsulunu Rusiyaya satacaq

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *