Milyarder müflis olduğu üçün intihar etdi
Britaniyalı milyarder Anqad Pol özünü Londonun mərkəzində səkkizinci mərtəbədən ataraq intihar edib, The Telegraph yazır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu addımı atmağa Polu Caparo Industries şirkətindəki maliyyə çətinlikləri vadar edib, şirkət müflis olduğu üçün inzibati idarəyə verilib.
Skotland-Yard qətl haqqında versiyanı nəzərdən keçirmədiyini bildirib.
Anqad Pol kino həvəskarı və bilicisi idi. O, 12 filmə prodüserlik edib, bu filmlərin arasında “Kartlar, pul və iki lülə” və “Böyük uğur” filmləri də olub.
Pol 1996-cı ildə işlərini varisinə həvalə edən Lordlar Palatasının peri 84 yaşlı Svrac Polun kiçik oğlu idi.
Mənbə:> Oxu.Az