Avropada rabitə rouminqi ləğv edildi
2017-ci ilin iyunundan Avropa İttifaqı sakinləri bütün Aİ ərazisində mobil əlaqənin rouminqi üçün ödəniş etməyəcəklər.
Oxu.Az euronews-a istinadən xəbər verir ki, Aİ ölkəsinin sakini ittifaqın istənilən ölkəsinə səfər zamanı yalnız danışıqlar üçün ödəniş edəcək, SMS və mobil internet üçün isə öz ölkəsində ödədiyi qədər ödəyəcək.
Rouminqin qiyməti Aİ ərazisində 2007-ci ildən başlayaraq hər il ucuzlaşdırılır.
Rouminqin ləğv edilməsi barədə razılaşma Aİ ölkələri üçün hələ iyunda əldə edilib, dünən isə Avropa parlamentləri tərəfindən təsdiqlənib.
Artıq gələn ilin aprelin 30-dan rouminq üçün əlavə ödəniş gedən zənglərdə 1 dəqiqə üçün 5 avrosentdən, göndərilən SMS üçün 6 sent və mobil trafikin meqabaytı üçün 20 sentdən artıq ola bilməz.
Aİ yeni qanununun internetin neytrallığına zəmanət verən maddələri də var. Əsasən qanun hər hansı internet resurs və ya istifadəçilərə qarşı internet provayderləri blok etməyi və ya internet trafiki zəiflətməyi qadağan edir.
Mənbə:> Oxu.Az