Eldar Mahmudovun oğlunun nəhəng holdinqi » AzNews.info -Xəbər portalı

Eldar Mahmudovun oğlunun nəhəng holdinqi - ŞOK FAKTLAR+FOTOLAR

Eldar Mahmudovun oğlunun nəhəng holdinqi


Azərbaycanda holdinqlərin, şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil. Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərən, “Caspian Crystal” şirkətlər qrpunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.

“Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.
Eldar Mahmudovun oğlunun nəhəng holdinqi

Modern.az xəbər verir ki, “Marja”nın araşdırması nəticəsində məlum oldu ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb – katerinq, qida, restoranlar və avtomobil satışı.

EKSKLÜZİV ŞƏRABLAR SATIR

“Kaspian Kristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılmışdır. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanmışdır. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulmuşdur.

LÜKS QƏDƏHLƏR SATIR
Eldar Mahmudovun oğlunun nəhəng holdinqi


“Kaspian Kristal” (Caspian Crystal) şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.

QASTRANOMLARI MÖVCUDDUR
Eldar Mahmudovun oğlunun nəhəng holdinqi


"Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklyuziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaratmış və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açmışdır. Hazırda “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları fəaliyyət göstərir.

DƏBDƏBƏLİ RESTORANLAR YARADIB

Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” - “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaratmışdır.

KATERİNQ XİDMƏTİ DƏ GÖSTƏRİR

“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşmışdır. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.

LÜKS AVTOMOBİLLƏR SATIR
Eldar Mahmudovun oğlunun nəhəng holdinqi


Azərbaycanda “Range Rover”, “Jaguar”, “Maserati” avtomobillərinin və “Dicati” motesikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır.

“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *