Messi vergilərdən yayınıb
“Barselona”nın hücumçusu Lionel Messini İspaniyada vergiləri ödəmədiyi üçün mühakimə edəcəklər.
Oxu.Az bu barədə AFP-yə istinadən xəbər verir.
Daha öncə ölkə prokurorluğu futbolçuya qarşı iddiaları geri çəksə də, onun atası 18 ay müddətinə azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, argentinalı və onun atası 4,1 milyon avro məbləğində vergilərin ödənməsindən yayınmaqda ittiham edilirlər.
Mənbə:> Oxu.Az