Baş nazir öz qərarını ləğv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Baş nazir öz qərarını ləğv etdi

Baş nazir öz qərarını ləğv etdi


Baş nazir Artur Rasizadə “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqında qərarını ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında deyilib.

Qeyd edək ki, bu qərar 2004-cü il noyabrın 6-da baş nazirin özü tərəfindən imzalanmışdı.

Onu da əlavə edək ki, bu Qayda Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanına uyğun olaraq hazırlanıb və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra – dövlət reyestri) çıxarışının formasını və tərtibi qaydasını müəyyən edirdi.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *