İlham Əliyev 15 milyon manat ayırdı
Azərbaycan prezidenti İlham Əliyev heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının saytına istinadla xəbər verir ki, sərəncama əsasən, ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib.
Mənbə:> Oxu.Az