Londondan Nyu-Yorka cəmi bir saata
Airbus yeni səsdən sürətli təyyarə modelini patentləşdirməyə hazırlaşır, Britaniya nəşri “Telegraph” yazır.
Oxu.Az xəbər verir ki, yeni təyyarə - “Concorde” Londondan Nyu-Yorka məsafəni cəmi bir saata qət etməyə imkan verəcək.
Beləliklə də, 2003-cü ildən ilk dəfə Atlantika üzərində səsdən sürətli reys peyda olacaq. İlk “Concorde” təyyarəsi xətlərdə 1976-cı ildən 2003-cü ilə qədər fəaliyyət göstərib.
Yeni təyyarədə səs fonunun azaldılması planlaşdırılır, bunun sayəsində mühərriklərdən səs 11-15 dərəcə altında çıxır, “Telegraph” qeyd edir.
Mənbə:> Oxu.Az