Rəsmi məzənnə dəyişdi – CƏDVƏL
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1615-dən 1.1621-ə qalxıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində iki gülük ucuzlaşmadan sonra sabitləşib. Dollar 1.0488-manata dəyişdirilir.
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0.0176-dan 0.0175-ə düşüb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Mənbə:> ANSPRESS