Tanınmış aparıcı 1 milyon maaşla kanal dəyişdirdi
Türkiyənin tanınmış aparıcısı fəaliyət göstərdiyi “Fox” kanalından ayrılıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin “atv” kanalına keçən Erol burdan 1 milyon 100 min lirə (430 000 azn) maaş alacaq. Ayda 22 gün efirdə olacaq proqrama görə Esra Erol hər buraxılış üçün 50 000 lirə (19 580 azn) əmək haqqı alacaq. Proqramın prodüsseri isə Esra Erolun həyat yoldaşı Əli Özbir olacaq. Özbirin də eyni maaşı alması ilə cütlük ayda 2 milyon 200 min lirə (860 000 azn) qazanacaq. Bununla “Esra Erolla İzdivac” proqramı Türkiyə televiziya tarixinin ən yüksək büdcəli verilişi oldu.
Qeyd edək ki, tanınmış aparıcı Esra Erol 8 ildir "Fox" kanalında “Esra Erolla İzdivac” proqramının aparıcısı kimi fəaliyyət göstərirdi. Esra Erolun Acun İlıcalıya aid “TV8” kanalına transfer olduğu barədə xəbərlər yayılsa da bu xəbər təsdiqini tapmamışdı.
Mənbə:> ANSPRESS