“Hələ orta məktəbdən kişilərin gözü məndə olurdu” – FOTO
Axşam.az-ın məlumatına görə, model dərgiyə müsahibəsində İsraildə keçən uşaqlığından bəhs edib:
“Uşaqlığım atlar və itlərlə oynayaraq keçib. Üç qardaşım var. Sərbəst və vəhşi qız kimi böyümüşəm. Anam İsrailin tanınmış modelidir. Karyeramda mənə dəstəyi çox olub. Uşaq vaxtı utancaq idim. Ancaq podiuma çıxanda hər şeyi unudurdum. İsraildə tanınanda 16 yaşım var idi”.
Bar kişilər tərəfindən bəyənilən bir qadın olduğunu deyib:
“Orta məktəbdə oxuyanda sinif yoldaşlarımla çimərliyə gedirdik və bütün kişilərin gözü məndə olurdu. Fikirləşirdim ki, yəqin bunun səbəbi boyumun uzun olması idi. Mühüm olan təbii görünməkdir”.
B.Rafaeli kişinin ev işləri görməsini bəyənmədiyini bildirib:
“Sevgilimin paltar yuyub ev işləri görməsini istəmərəm. Mən bir qədər köhnə fikirliyəm. Bütün ev işlərini özüm görürəm. Bu zaman özümü qadın kimi hiss edirəm. Ev təmizləmək, yemək bişirmək mənə böyük zövq verir”.
Mənbə:> Axşam.az