Əməkdar artist şou verilişləri tənqid etdi: “Mənim kimi klassik ifaçılar küsüb efirdən qaçır” » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Əməkdar artist şou verilişləri tənqid etdi: “Mənim kimi klassik ifaçılar küsüb efirdən qaçır”

Əməkdar artist şou verilişləri tənqid etdi: “Mənim kimi klassik ifaçılar küsüb efirdən qaçır”

“Təəssüf edirəm ki, bu zamanda bu sənətə gəldim. Sovet dönəmində bir kanal var idi. Dahi Rəşid Behbudov və Şövkət Ələkbərova mahnılarını oxuyandan sonra deyirdilər ki, müzakirəyə ehtiyac yoxdur. Amma indi...”

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi gənc müğənnilərin efirlərdə səsləndirdikləri mahnıların bayağı olduğuna eyham vurub, onlara şərait yaradan verilişləri tənqid edib:

“Müstəqillik gözəldir. Bu gün xoşbəxt həyat sürürük. Lakin indi bəzi cavanlara danışıqda bu qədər sərbəstlik vermək olmaz. Mən Teymur Əmrah zəhmət çəkib, akademiya bitirmişəm. Uzun illər iki universitet müəllimi olmuşam. Mənim bir tələbəm Xalq artistidir, altı tələbəm Əməkdar artistdir, iki tələbəm prezident mükafatçısıdır. Yaxşı, mənə hörmət edib demirsiniz ki, bu gün hansı mahnını oxuyacaqsan? Bura gələn bəzi gənc ifaçılar var ki, onlardan mütləq şəkildə soruşmaq lazımdır ki, bu, efir mahnısıdır? Bu mahnını efirdə səsləndirməyə haqqım var, yoxsa yox? Bəli, onlar xoşbəxt insanlardır ki, siz bunları soruşmursunuz. Onların üzlərinə lazımsız qapı açılıb. Hamısına şamil etmirəm”.

Proqramın aparıcısı Vüsalə Əlizadənin “Senzura olmayan bir dönəmdə yaşayırıq” sözləri T.Əmrahın xoşuna gəlməyib. Əməkdar artist açdığı mövzunu belə tamamlayıb:



“Televiziyalarda senzura var. Lakin yenə də bəzi gənclərdən mütləq soruşmaq lazımdır ki, hansı mahnını efirdə oxuyacaqsan? Tamaşaçıların hamısının konservatoriya təhsili olmasına ehtiyac yoxdur. Anlasınlar ki, müğənni düz, yoxsa səhv oxuyur? Tamaşaçı izləyir və hesab edir ki, əgər ifaçı bu mahnını oxuyursa, deməli, bu belə olmalıdır. O zaman mənimlə onun arasında heç bir fərq olmur. Mənim kimi klassik ifaçılar da küsüb, efirdən qaçırlar. Meydanda isə həmin gənclər olur”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *