Arda və Berkay arasındakı silahlı dava kameraya düşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Video

Arda və Berkay arasındakı silahlı dava kameraya düşdü – VİDEO

Arda və Berkay arasındakı silahlı dava kameraya düşdü


Müğənni Berkay Şahin və Arda Turan arasında olan davanın videosu yayılıb.

Oxu.Az xəbər verir ki, görüntüləri “Kanal D” əldə edib.

Videoda onların içəridə dava etdikdən sonra məkandan çıxdıqları görünür. Onları sakitləşdirənlər arasında məkanın sahibi, aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen, aktyorlar Oğuzhan Koç, İbrahim Büyükakın da olduğu ortaya çıxıb.

Daha sonra Berkay xəstəxanaya gedir. Arda Turan isə onun ardınca eyni xəstəxanaya yollanır. Xəstəxanada söhbət edən Arda silahı atəşə hazır vəziyyətə qoyub Berkaya verir. Onlar silahı bir-birinin üstünə atır. Daha sonra silahdan atəş açılır və güllə məkandakı printerə dəyir.

Silah səsinə rəğmən, heç kimin otağa yaxınlaşmaması da diqqətdən yayınmır. Daha sonra Arda onu gözləyən yoldaşları ilə xəstəxanadan ayrılır. Xəstəxanadan ayrılan zaman onu qarşılamağa gələnlər sırasında müğənni Murat Dalkılıçın da olduğu görünür.

Qeyd edək ki, iddiaya görə, Arda Turan məkanda əylənən Berkayın həyat yoldaşı Eda Şahinə söz ataraq, evli olmasa, onu əldə edə biləcəyini deyib. Onun bu hərəkəti isə Berkayın gözündən yayınmayıb və onlar arasında dava yaranıb. Arda Turan Berkayın burnunu sındırıb.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *