Daha bir məşhur cütlüyün toyu oldu
Son günlər məşhurların nikah masasına oturma xəbəri daha da çoxalıb.
AzNews.info axşam.az-a istinadən bildirir ki, bu dəfə aktrisa Bengi Öztürkün toyu olub.
O, aktyor Sertaç Akkayaya ərə gedib. Cütlüyün toy mərasimində yaxınları iştirak ediblər. Gecədən fotonu qonaqlar sosial şəbəkədə paylaşıb.
Musiqiçi Sedat Barış Orhun ilə 2013-cü ildə evlənən Bengi Öztürk bir müddət sonra boşanmış və Sertaçla eşq yaşamağa başlamışdı.
Mənbə:> Axşam.az