Təranə 9 uşaq anası oldu
"Xəzər" televiziasında "Toydan sonra" adlı yeni serialın çəkilişlərinə başlanılıb.
AzNews.info musavat.com-a istinadən bildirir ki, bu haqda ekran işində prodüser Təranə Səmədova məlumat verib: "Bir bölümdə rol aldım. 9 uşaq anası Mahirəni canlandırdım. Bəlkə də, gələcək bölümlərdə də çəkildim. Mənimlə birlikdə qızım Suel də çəkildi. Komandanın rəhbəri Elməddin Cəfərovdur, tərəf müqabilim Ənvər Abbasov idi. Maraqlı bölüm alındı. İnanıram ki, tamaşaçılar da bəyənəcək".
Bir müddət öncə mədəkiçiltmə əməliyyatı olan prodüser hazırda özünü yaxşı hiss etdiyini dilə gətirib: "Həkimimə güvəndim, əməliyyat oldum. Ilk günlərdə ağrım oldu, bu da normaldır. İindi çox yaxşıyam. Yavaş-yavaş arıqlayıram".
Mənbə:> Musavat.com