Təranə: Min manata qədər cərimə ödədim
Prodüser Təranə Səmədovanın avtomobilini cərimə meydançasına aparıblar.
AzNews.info axşam.az-a istinadən xəbər verir ki, prodüser min manata qədər cərimə ödədiyini bildirib:
“İki gün əvvəl şəhərdə reyd keçirilirdi. Polis maşınımı saxladı. Ödənməmiş cərimələrim var idi. Dedilər ki, ya açarları ver, ya da çəkiliş çağıracağıq. Mən də açarları verib, gəldim evimə. Səhəri gün min manata yaxın cərimə ödəyib maşınımı çıxardım”.
Mənbə:> Axşam.az