Mir Yusif fəxri ad almasından danışdı: "Bu ad onlara məxsusdur"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan bir sıra mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. AzNews.info-nun məlumatına görə, sərəncama əsasən bir çox mədəniyyət xadimi adla təltif edilib.
Siyahıda adı olanlardan Mir Yusif ad alması ilə bağlı sosial şəbəkədə bunları yazıb:
"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə saat öncə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə incəsənət işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsinə qərar verib. Bugün bu siyahıda öz adımı görmək məni qürurlandırdı.
20 il öncə başladığım musiqi fəaliyyətimin son 10 ilini solo fəaliyyətə həsr etmişəm. Uğur əldə etmək heç vaxt asan olmayıb. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm və hər dinləyici alqışını dırnaqlarımla, əziyyətimlə tək-tək qazanmışam.
İlk öncə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə məni bu fəxri ada layiq gördüyünə görə dərin təşəkkür edirəm!
Daha sonra öz valideynlərimə minnətdarlığımı bildirirəm, çünki qazanmış olduğum hər uğurun memarı onlar olduğu kimi bu ad da onlara məxsusdur.”
Mənbə:> Unikal.org