Əməkdar artistin inanılmaz dəyişimi – VİDEO
Bu dəfə yeni görünüşünü ilə hər kəsi təəccübləndirən müğənni Elmira Ələkbərzadə (Emma) olub.
Oxu.Az xəbər verir ki, sənətçinin görünüşü üzərində stilist Pərviz Mirzəyev çalışıb.
O, hər zaman qısa və qara saçda dolaşan Emmanın görünüşünü tamamilə dəyişib. Stilist sənətçinin qısa saçlarını parik vasitəsiylə uzadıb və onları sarıya boyayıb.
Ələkbərzadənin görüntüsü İnstaqramda paylaşılıb. İzləyicilər ona bu imicin çox yaraşdığını və hər zaman belə qalmasını yazıblar.
Mənbə:> Oxu.Az