Elza verilişdə yenə şeirini oxudu, məsxərəyə qoyuldu: "Qarnıvızı tutub boş-boş gülmək əvəzinə..."– VİDEO
Elza Seyidcahan yeni şeirini səsləndirib.
A24.Az xəbər verir ki, “Deşik-deşik dünyaya” adlı şeiri verilişdə məsxərəyə qoyulub.
Elgiz Əkbər və Əli Mirəliyevin aparıcılıq etdiyi “Səhər- Səhər” verilişində qonaq olan bəstəkar-müğənni onun şeirlərinin dərin məna daşıdığını, hər kəsin bu əsərləri anlamasının mümkünsüzlüyündən bəhs edib.
“Quranda da deyilir ki, zəmanəyə uyğun yaşayın. Bunlar da zəmanəyə uyğun şeirlərdir. Başa düşmək üçün beyin lazımdır. Hər kəs mənim şeirlərimi anlaya bilməz”- deyə öz əsərlərinin novator ruhlu olduğunu vurğulayıb. Hətta müğənni şeirlərini klassiklərlə də müqayisə edib.
Şeirini səsləndirdikcə hər sətrlə bağlı izahatlar verən Seyidcahan məsxərəyə qoyulub. Gülüş ustası, aktyor Elməddin isə “hə, bax, indi anladım. Amma bu şeirlərin yanında gərək siz izah edəsiniz ki, başa düşmək olsun”- deyib. Onun bu sözlərinə verilişdə qonaq olalar gülüb.
Daha sonra müğənni Elza Seyidcahan onun şeirlərinə gülüb lağa qoyanlara “qarnıvızı tutub boş-boş gülmək əvəzinə, bir az da başınızı tutub düşünün” deyib.
A24.Az sizə həmin kadrları təqdim dir:
Qazanım daşdı
Kəfini yedim
Qapağını açdım
Üzünü yedim.
Qarışdırıb içini yedim
Yedim, yedim142180142
Dibini yedim.
Qazıb, qazıb deşdim dibini
Qazanın.
Kəfkirim azıb
Dibi deşik qazandan
Çıxdı havaya,
Mən də baxdım
Kəfkirdən
Deşik-deşik dünyaya.
Qonaq olduq
Həsrətini çəkdiyim
Röyaya.
Buzlanmış şaxtadan beynim
İsti şorbayadır meylim.
Köhnə saat kəfkiri
Çalırdı tamam.
Təzə dərdin yaşları
Burnumdan daman.
Günahlarımı içimdə
Mən boğan adam.
Köhnə saat kəfkiri
Vur, vur
Vur əqrəbi
Çalsın, çalsın.
Saniyələr səs salsın
Burnum axır
Fürsər baxır,
Köhnə çaxır
Vaxt yetişir
Kəfkir vurur tamamı,
Əqrəb çalır zamanı
Səs düşəndə axanı
Çəkin, udun,
Silin, atın
Burnunuzdan pisləri
Köhnə saat kəfkiri
Görür hissləri,
Örtür bizləri.
Post by aznews.info.
Mənbə:> A24.az