“Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram” - 40 yaşlı subay aparıcı » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

“Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram” - 40 yaşlı subay aparıcı

“Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram” - 40 yaşlı subay aparıcı


Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

AzNews.info xəbər verir ki, Yeniçağ.az-a açıqlama verən 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:

"Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz "Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *