"Elşada nifrət edirəm, tək istəyim cəzasını çəksin" - Oksana
"Məhkəmə olacaq. İnşallah, nəticə mənim xeyrimə bitəcək. Mənə Elşad Xose haqda heç sual verməyin. Artıq Elşad və Oksana heç vaxt bir arada olmayacaq".
Bu sözləri rəqqasə Oksana Rəsulova "Xəzər maqazin"ə açıqlamasında deyib.
Keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışan sənətçi onun həbs olunmağına çalışdığını söyləyib:
"Bu məhkəmə ilə hər şey bitəcək. Məni Elşadın nə həyatı, nə şəxsiyyəti, nə insanlığı maraqlandırır. Ortada döyülməkdən başqa şeylər var. Döyülməkdən də üstündür. O, cəzasını çəkməlidir və İnşallah da çəkiləcək. Mənim məhkəmədən tələbim qarşı tərəfin haqqı olmadığı halda mənə qarşı addım atmasının cəzasını çəkməsidir. Hörmətlə yanaşdım, filmə dəvət etdim, dəstək oldum. Normal qəbul etmədi. Danışdıqca pis oluram. Məndən uzaq olsun. Hətta ona nifrət edirəm, onun haqda danışmayaq".
Oksana "Mələyin öpüşü" filmini Elşada görə kinoteatrlarda yayımdan qaldırdığını etiraf edib:
"Mənə bir milyon versələr də, Elşadla bir araya gəlmərəm. Hətta davadan sonra "Mələyin öpüşü" filminin kinoteatrlardakı yayımını dayandırdım".
Mənbə:> Axşam.az