Polisdə olduğu deyilən Elşad Xose danışdı: “Yek kəlmə deyirəm ki...” » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

Polisdə olduğu deyilən Elşad Xose danışdı: “Yek kəlmə deyirəm ki...”

Polisdə olduğu deyilən Elşad Xose danışdı: “Yek kəlmə deyirəm ki...”


Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Xosenin hazırda Binəqədi rayon Polis İdarəsində olması barədə xəbər yayılıb.

AzNews.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən “Qafqazinfo”-ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxladıq. Yenicag.az-a açıqlamasında Xose yayılan xəbərin əsassız olduğunu bildirdi:

“Bu xəbəri kim yayıb bilmirəm. Mən öz işimdə-gücümdəyəm, nə polis, nə izahat. Yek kəlmə, boş söhbətlərdir. Polis məni araşdırırsa, mən özüm də elə bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram”.

Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *