“Xəzər” TV-nin efirində qalmaqal – FOTO
“Xəzər” TV-də yayımlanan “5/5” verlişinin bugünkü efirində də qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, proqramda Təranə Qumral və Musa Musayev cütlüyü qonaq olub.
Verilişin gedişatı zamanı aparıcı Zaur Kamal bir neçə dəqiqə sonra müğənni Könül Kərimovanın da proqrama qatılacağını və Təranə-Musa cütlüyünü onunla barışdıracağını deyib. Təranə Qumral isə Könül Kərimova ilə aralarında heç bir problem olmadığını söyləyib.
Proqramın irəliləyən dəqiqələrində isə Təranə Qumralın yalanı üzə çıxıb. Belə ki, Təranə-Musa cütlüyünün studiyada olduğunu bilən Könül Kərimova efirə qatılmaqdan imtina edib. O, bunu xəbəri olmadan canlı efir zamanı telefonla danışarkən Zaura deyib.
Kərimova bildirib ki, Qumral və Musayev studiyanı tərk etdikdən sonra verilişə gələ bilər.
Verilişin ikinci hissəsində isə qonaqlar Könül Kərimova və Nüşabə Ələsgərli olub.
Bu zaman Təranə telefonunun orada qaldığını bildirərək yenidən studiyaya daxil olub. Bunu görən Könül isə verilişi yarımçıq tərk edib və Zauru düzgün hərəkət etməməkdə günahlandırıb.
Mənbə:> Oxu.Az