"Tolikin tayı deyiləm" - Elnarə » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

"Tolikin tayı deyiləm" - Elnarə

"Tolikin tayı deyiləm" - Elnarə


Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev arasında qalmaqal daha da alovlanıb.

AzNews.info azxeber.com-a istinadən xəbər verir ki sənətçi produseri sərt tənqid edib:

"Allaha çox şükür ki, mən Tolikin gündəmində yoxam. Tolikin gündəmi ona yaraşan və tay olan adamlardır. Mən Tolikin tayı deyiləm. Heç olmaq da istəmərəm. Mən onun tayı olsam onunla bir məclisdə olaram. Biz onunla ildə bir dəfə qarşılaşırıq. Elə gündəm mənə lazım deyil. Mənim əhatəm başqadır, orda təhsilli, dünyagörüşlü, savadlı insanlar var".

Müğənni son günlər başına tac qoymasından da danışıb:

"Mən iki il yarımdır, başıma tac qoyuram. Düzdür tez-tez qoymuram amma baxır harada qoymaq lazımdır. Ümumiyyətlə, mən tac aksesuarını bəyənirəm. Hərdən də deyirlər ki, Elnarə özünü Elza Seyidcahana oxşadır. Deyirəm lap yaxşı, burda pis bir şey yoxdur".

E.Xəlilova keçmişdə çəkdirdiyi kliplər üçün peşman olduğunu da bildirib:

"Subay vaxtı oğlanlarla birlikdə klipim olub. Üstündən 10 il keçib, deyirəm kaş ki, onları etməyəydim. Bəzi cavan xanım müğənnilərə bilmirəm necə deyim ki, xətirlərinə dəyməsinlər. Mən həmişə səhv anlaşılıram. Elə bilirlər ki, onlara paxıllıq edirəm. Sadəcə belə mövzularda ağzım çox yanıb. İstəmirəm onlar mənim taleyimi yaşasınlar. Şükür indi hər şey yaxşıdır. Mənim yaşıdlarım arasında hamı elədir təbii ki, yox. Axırı yaxşı qurtarmır. Mənimlə həmyaşıdlar da istərdilər ki, gözəl ailələri olsun, 4 övladları olsun. Yoxa lənət. Allah verməyəndə də vermir. Birdə ayılırsan ki, 40 yaşım var, nə ailə var nə də uşaq".
Qeyd edək ki, müğənni tacla fotosunu sosial şəbəkədə paylaşan zaman prodüser Tolik ona "Bu da gündəmə gəlmək üçün bilmir nə etsin" yazmışdı.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *