İrina Şeyk və digər seksual modellər qırmızı xalçada GÖZ QAMAŞDIRDI
Ötən axşam parlaq moda aləminin təmsilçiləri 2017-ci ilə yekun vurmaq və həmkarlarının uğurlarını qeyd etmək üçün ənənəvi olaraq Londonda “The Fashion Awards” mərasiminə toplaşıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə Naomi Kempbell, Kaya Herber, İrina Şeyk, Olqa Kurilenko, Selena Qomes, digər şou-biznes ulduzları və bir çox başqa dizaynerlər iştirak edib. Mərasim üçün xüsusi hazırlıq görən ulduzlar qırmızı xalçada cəlbedici pozalar verib.
İrina Şeyk gecəyə “Versace” moda evindən ağ paıtar geyinib, model Poppi Delevin isə “Giambattista Valli”dən uzun şleyfli libas seçib.
Mükafatlandırma mərasimində Türkiyədən müğənni Hadisə də iştirak edib.
“The Fashion Awards-2017” laureatları:
"İlin modeli": Advoa Aboa
"Lüks şəhər brendi": “Virgil Abloh for Off-White”
"Biznes rəhbəri": Marko Bizzarri – “Gucci”
"Britaniyanın yüksələn ulduzu" (kişi geyimləri): Çarlz Cefri, “Charles Jeffrey Loverboy”
"Britaniyanın parlayan ulduzu" (qadın geyimləri): Maykl Helpern - “Halpern”
"Britaniyada ilin dizayneri" (kişi geyimləri): Kreyq Qrin – “Craig Green”
"Britaniyada ilin dizayneri" (qadın geyimləri): Conatan Anderson - “JW Anderson”
"İlin dizayneri" (aksesuarlar): Conatan Anderson “Loewe”
"İlin dizayneri": Raf Simons “Calvin Klein”
"Moda sahəsində verdiyi töhfəsinə görə Swarovski mükafatı": Mariya Qrasiya Kyuri - “Dior”
"Britaniyada dəb sahəsinin inkişafına görə mükafat": Kristofer Beyli
"İnnovasiyalara görə xüsusi mükafatı": Stella Makkartni
"Dəbdə olan ikona": Donetalla Versaçe - “Versace”
Mənbə:> Publika.az