Azərbaycanlı aktrisa: Qadın ac balasına namus yedirə bilməz » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Azərbaycanlı aktrisa: Qadın ac balasına namus yedirə bilməz

Azərbaycanlı aktrisa: Qadın ac balasına namus yedirə bilməz

Aktrisa Könül Yusifqızı qadınları əxlaqsızlıqda günahlandıranlarla savaşa qalxdı.

AzNews.info Milli.Az-a istinadən xəbər verir ki, hər zaman etdiyi açıqlamalarla gündəmi zəbt etməyi bacaran aktrisa yenidən diqqət mərkəzinə düşüb.

Könülün sözügedən açıqlamasını təqdim edirik: “Kişi elə etməlidir ki, xəyanət qadının ağlından keçməsin. Tək qadın özü bilər, nə edər. Sovet vaxtında idi namuslu qadın məfhumu, çünki sovet dönəmində qadının namuslu qalmasına dəstək olunurdu. Pulsuz lagerlər, bağça, məktəb, həkim, hazırlıq və s. İndi qadın ac balasına namus yedirə bilməz.

Odur ki, kişilər, ya xanımınıza sahib çıxın, ya da qeybətin edib, əl-ayağına dolaşıb, qabağını kəsməyin. Qoy bacardığı kimi çalışıb, balasını, özünü dolandırsın. Zatən o bala da böyüyəndə namus üçün təşəkkür etməyəcək. Ac qarnı, cırıq ayaqqabısı, oxuya bilmədiyi məktəb və univerisitet, qoyula bilməyəcəyi iş üçün ittiham edəcək”.

Mənbə: Milli.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *