Azərbaycanlı aktrisa: İkinci dəfə ərə getməyəcəyəm
Aktrisa Sevinc Əliyeva “Atv maqazin onlarla” verilişinə müsahibəsində yaradıcılığındakı yeniliklər və şəxsi həyatı barədə danışıb.
Oxu.Az xəbər verir ki, o, verilişə açıqlamasında “Bu gün fikirləşirəm ki, ikinci dəfə ərə getməyəcəyəm. Uşaqlarımla məşğul olmaq, işləmək fikrindəyəm” deyib.
Uzun müddət efirdən uzaq qalan aktrisa yenidən səhnə fəaliyyətinə qayıdacağını da bildirib: “Yenidən aktrisa kimi fəaliyyətə başladım. ATV-də yeni seriala çəkiləcəyəm”.
Xatırladaq ki, aktrisa 2007-ci ildə tanınmış rejissor Fuad Əlişovla ailə həyatı qurub. 3 övladı olan məşhur cütlük 2016-cı ildə ayrılıb.
Mənbə:> Oxu.Az