Müğənni Gülay Zeynallı prezidentin övladları ilə » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət » Maqazin

Müğənni Gülay Zeynallı prezidentin övladları ilə – FOTO

Müğənni Gülay Zeynallı prezidentin övladları ilə

Müğənni Gülay Zeynallı sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Axşam.az xəbər verir ki, şəkildə ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, oğlu Heydər Əliyev yer alıb.

Şəkil İsveçrənin Sankt Moritz şəhərində baş tutan 33-cü Qar Polosu üzrə Dünya Kubokunun açılış mərasimində lentə alınıb.

Yanvarın 27-dən 29-dək təşkil olunan Qar Polosu Dünya Kuboku çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarixi və mədəniyyəti təqdim olunur. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil olunub.

Yarışların keçirildiyi meydança, çap materialları, idmançıların geyimləri, təqdimat və mükafatlandırma mərasimləri və təşkil olunan mətbuat konfranslarında Azərbaycanı təqdim edən “Land of Fire” loqotipi istifadə edilib.
Müğənni Gülay Zeynallı prezidentin övladları ilə
Müğənni Gülay Zeynallı prezidentin övladları ilə

Mənbə: Axşam.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *