Müğənnilər İlhaməyə baş çəkdilər – BARIŞDILAR
“Çalışacağam ki, hamı barışsın”.
Şou-biznes aləminin küsülü nümayəndələri barışıblar.
Oxu.Az xəbər verir ki, müğənni Natavan Həbibi həmkarı Sevda Yahyayeva ilə barışaraq xəstəxanada İlhamə Quliyevaya baş çəkiblər. Onları barışdıran isə prodüsser Tolik olub.
Tolik xəstəxanadan çəkilmiş fotonu paylaşaraq yazıb:
“Allah hər kəsə can sağlığı versin. Bu gün yaxşı oldu. Natavan Həbibi ilə Sevda Yahyayeva barışdılar. İlhamə xanım da Natavanla barışdı. Çalışacağam ki, hamı barışsın. Bu da Allahın köməyi ilə olacaq”.
Qeyd edək ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirov açıqlamasında xalq artistinin dekabrın 4-də evə buraxılacağını bildirib.
Mənbə:> Oxu.Az