Daha bir məşhur cütlük nişanlandı – FOTO
Aktrisa Burcu Kara və rejissor Fırat Parlak nişanlanıb.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, son zamanlar barmağında 150 min lirəlik üzüklə görünən Burcunun Fıratla nişan mərasimi avqustun 29-da mediadan gizli şəkildə baş tutub.
Xatırladaq ki, Burcu Kara “Haziran Gecesi” (Duygu), “Tatar Ramazan” (Ebru), “Elveda Derken” (Zeynep) və s. adlı seriallardan, Fırat Parlak isə “Arkadaşım Hoşgeldin”, “Komedi Dükkanı” kimi rejissorluğunu etdiyi verilişlərdən tamaşaçılara yaxşı tanışdır.
Mənbə:> Oxu.Az