Namiq Qaraçuxurlu: Artıq 36 yaşım var, ailə sahibi olmalıyam
Dəfələrlə toyunu təxirə salan Namiq Qaraçuxurlu nəhayət əlamətdar günün baş tutacağını açıqladı.
AzNews.info-nun gecce.az-a istinadən məlumatına görə, bu barədə o danışıb:
"Artıq məkan və toyun vaxtı məlumdu. Dəvətnamələrdə hazırdı. Toy mediyaya qapalı keçirirləcək. Kişilərdən ibarət məclis olacaq. Hətta gələn qonaqların telefonla içəri daxil olmalarına icazə verilməyəcək. Əgər toyu qapalı edirəmsə,deməli xəbərin yayılmasını istəmırəm".
Namiq qız fanatları haqqında da danışdı.Toydan sonra qız fanatlarının azalacağını ehtimal edən sənətçi: "Mənim xoşbəxt olmağımı da yəqin istəyirlər. Artıq 36 yaşım var. Ailə sahibi olmalıyam" - deyə bildirib.
Mənbə:> Gecce.Az