Tüklü ayaqlar - Qadın dünyasında yeni – TREND
AzNews.info xarici mətbuata istinadən xəbər verir ki, qadınlar fərqli və "cazibədar" görsənmək üçün ağlasığmaz addımlar atırlar. Belə ki, artıq qadınlar dünyasında yeni trend - tüklü ayaqlar böyük populyarlıq qazanmaqdadır. Sara adlı bloqqerin ülgücləri ataq, ayaqları qırxmayaq çağırışı və tüklü ayaqlı qadınlar üçün yaratdığı yeni bloq tez bir zamanda yeni trendin formalaşmasına gətirib çıxarıb. Artıq bir sıra qadınlar bu "dəbə" uyğun olaraq ayaqlarının tükünü təmizləməkdən imtina edib. Onlar tüklü ayaqlarının şəkillərini yayımlamaqdan belə çəkinmir, hətta bununla qürur duyurlar.
Mənbə:> AzNews.info