“Kurtlar Vadisi” ilə bağlı şok qərar
2003-cü ildə Show TV-də “Bu bir mafiya serialıdır” şüarıyla başlayan “Kurtlar Vadisi: Pusu” yeni mövsümdə yayımlanmayacaq.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Beyaz TV-də yayımlanan “Söylemesem olmaz” verilişi serialın 2012-ci ildə yayımlanan bölümünü müzakirəyə çıxarmışdı.
Ekran işinin 159-cu bölümündə qəbir daşının üstündə “Ərdoğan” yazısının olduğu məlum olmuşdu.
Ondan sonra Ümraniye Kocatepe Qəbiristanlığında araşdırma aparılıb. Məlum olub ki, həmin ərazidə üzərində “Ərdoğan” yazılmış məzar daşı olmayıb.
Bu gün isə həmin verilişin aparıcısı Ömür Varol yeni bir iddia ortaya atıb.
Aparıcı qeyd edib ki, “Kurtlar Vadisi: Pusu” artıq efirdə yayımlanmayacaq.
“Serial çəkilməyəcək. Bu barədə ilk dəfə sizə açıqlama veririk. Dəqiq məlumatdır, yeni mövsümdə həmin layihə yayımlanmayacaq”.
Mənbə:> Qafqazinfo.az