“Hilton” müştərilərini porno filmlərindən məhrum edəcək
“Hilton” mehmanxanasında xidmətlərin siyahısından ödənişli porno kanalları çıxaracaqlar. Şirkətdə bunu qonaqların arzusu ilə olduğunu izah etdilər, The Mirror bildirib.
Oxu.Az xəbər verir ki, mehmanxana şəbəkəsinin nümayəndəsinin qeyd etdiyi kimi, hal-hazırda bu kanallar dünyanın bir çox otellərində söndürülüb, tezliklə isə qalan otellərdə də söndürüləcək.
“Biz müştərilərimizin sözünü dinlədik və anladıq ki, böyüklər üçün əyləncə şirkətin ruhuna uyğun deyil”, - o izah edib.
Amerikanın Milli Seksual İstismar Mərkəzində (National Center on Sexual Exploitation) “Hilton”un ideyasını dəstəkləyiblər.
“Pornoqrafiya otellərdə ciddi problemə çevrilən seks xidmətlərin tələbatına sadəcə vasitəçilik etmir, eləcə də seksual zorakılığa təhrik edir”, - təşkilatın icraçı direktoru Doun Kokins bildirib.
“Hilton” şəbəkəsi 1919-cu ildə Konrad Hilton tərəfindən təsis edilib. 2007-ci ildə onu investisiya fondu Blackstone 26,7 milyard dollara alıb. Hilton Hotels&Resorts hal-hazırda Hilton Worldwide korporasiyasına məxsusdur. Onun idarəçiliyi altında otellərin ümumi sayı dörd mindən artıqdır.
Mənbə:> Oxu.Az