Konsert həvəskarlarının nəzərinə
Fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Gəncləri Günü münasibətilə “Toy tamaşası” adlı konsert olacaq.
AzNews.info-nun məlumatına görə, filarmoniyadan AzərTAc-a bildirilib ki, konsertdə Fikrət Əmirov adına əməkdar kollektiv, Azərbaycan Dövlət mahnı və rəqs ansamblı çıxış edəcək.
Qeyd edək ki, konserin bədii rəhbəri və baş dirijoru xalq artisti Ağaverdi Paşayevdir.
Mənbə:> AzərTAc