Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə

AzNews.info xəbər verir ki, Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizənin surəti
əmək kitabçasının surəti
ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əhatə etməlidir)
1 ədəd ağ fonda rəngli fotoşəkil ( 3 x 4 sm ölçüdə)
son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi haqqında arayış.
Müsahibədə iştirak etmək üçün ərizələr 23 iyun 2016-cı il tarixdən 07 iyul 2016-cı il tarixədək saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək) və yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnsan resurslar şöbəsinə müraciət edilə bilər.

Telefonlar: (012) 598-40-55, 493-02-60

İnternet sayt : www.mct.gov.az





Struktur bölmənin adı: İnvestisiya və əmlakın idarə edilməsi şöbəsi, əmlakın və layihələrin idarəedilməsi sektoru

Vakant i vəzifə: aparıcı məsləhətçi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Hökumət evi, Ü. Hacıbəyli 84

Qulluq funksiyaları:

mədəniyyət və turizm obyektlərinin təmir-bərpası, yenidənqurulması, tikintisi, layihələndirilməsi və istismara qəbul edilməsi ilə bağlı məlumatları təhlil edərək müvafiq dövlət qurumlarına təqdim etmək üçün hesabatların hazırlanması;
əmlakın səmərəli istifadəsi istiqamətində təhlillərin aparılması, rəy və təkliflərin verilməsi, əmlakın balansa götürülməsi və balansdan çıxarılması işinin təşkili;
Nazirliyin strukturları tərəfindən hazırlanmış sənəd layihələrinə (məktub, arayış, sorğu və s.) dair rəy və təkliflər vermək; sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və tapşırıqların həyata keçirilməsi; Dövlət proqramlarının yerinə yetirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək; sektorun iş planının tərtib edilməsi;
sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması və s.




Vəzifənin tutulması şərtləri:

Təhsil: : texniki və inşaat ixtisas istiqamətləri üzrə ali təhsil;

Kompyuter: MS WİNDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə);

Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

Mənbə: AZNEWS.INFO
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *