Moskvada ermənilər qadını zorladılar
Moskvanın hüquq-mühafizə orqanı əməkdaşları YDM-də (yanacaqdoldurma mərkəzi) qadını zorlamaqda şübhəli bilinən, əslən Ermənistandan olan iki nəfəri saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva KİV-i polisdəki mənbəyə istinadən bildirib.
Hadisə Yeni Moskva ərazisində iyulun 25-də baş verib. Polisin məlumatına əsasən iki kişi YDM-in girişində dayanan qadına yaxınlaşıblar. Onu hədələdikdən sonra zorlayıblar. Bundan sonra cinayətkarlar naməlum istiqamətdə hərəkət edərək gizləniblər.
Qeyd etmək lazımdır ki, hüquq mühafizəçiləri cinayətkarları isti izlərlə saxlamağa müvəffəq olublar. Saxlanılan zaman onlar müqavimət göstəriblər, amma onları sakitləşdirmək mümkün olub. Nəticədə onlar törətdikləri əməli etiraf ediblər.
Xəbər verildiyi kimi, Ermənistanın həmin iki vətəndaşı nəzarət altındadır.
Fakt üzrə cinayət işi açılıb. Cinayətkarlar səkkiz il müddətinə azadlıqdan məhrum ola bilərlər.
Mənbə:> Oxu.Az